İrlandiya ilə oyunlar üçün
"Qarabağ"ın futbolçusu İbrahim Şehiç Bosniya və Herseqovina millisinə çağırılıb.
Sportal.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı qapıçı AVRO-2016-nın pley-off mərhələsinin İrlandiya ilə qarşılaşmalarına dəvət alıb.
Balkan təmsilçisinin baş məşqçisi Mehmed Bajdareviç Şehiçi gələn ay keçiriləcək qarşılaşmalarda sərəncamında görmək istəyib. Bosniya və Herseqovina millisi ayın 13-də evdə, 3 gün sonra səfərdə mübarizə aparacaq.
Qeyd edək ki, Şehiç seçmə mərhələnin oyunlarına çağırılsa da, meydana çıxmayıb.
saytlarin hazirlanmasi