Sağlam da getdi
Türkiyə Superliqasında mübariz aparan "Mərsin İdman Yurdu"nda Hakan Kutlunun 1 gün baş məşçi olub istefa verməsindən sonra boş qalan posta gələn Surullah Sağlam da klubda çox qalmayıb.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sağlam da 2 gün bqş məşqçi olduğu komandadan ayrılıb. O, ayrılıq səbəbini belə açıqlayıb:
"Burada uğur qazanacağıma inanmadığım üçün getmək məcburiyyətindəyəm. Hər kəsdən üzr istəyirəm".
saytlarin hazirlanmasi