"Qalatasaray" "Akhisar Bələdiyyəspor" a rəqib oldu
Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, püşkün nəticəsinə əsasən aşağıdakı komandalar bir-birinə rəqib olub.
"Başakşəhər" - "Çaykur Rizəspor"
"Akhisar Bələdiyyəspor" - "Qalatasaray"
"Amed Sportif" - "Fənərbaxça"
"Beşiktaş" - "Torku Konyaspor"
İlk qarşılaşmalar 9, 10, 11 fevral, cavab qarşılaşmaları isə 1, 2, 3 mart tarixlərində baş tutacaq.
Yarım final mərhələsində də hansı cütlüklərin qaliblərinin bir-birinə rəqib olacağı artıq məlumdu. Belə ki, "Beşiktaş" - "Torku Konyaspor" cütünün qalibi "Amed Sportif" - "Fənərbaxça" cütünün qalibi ilə, "Başakşəhər" - "Çaykur Rizəspor" cütünün qalibi isə "Akhisar Bələdiyyəspor" - "Qalatasaray" cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, kubokun final matçı 25 may tarixində Antalyada keçiriləcək.
saytlarin hazirlanmasi