Cüneyt Çakıra növbəti təyinat
Türkiyə Super liqasının 23-cü turunda baş tutacaq "Fənərbaxça" - "Beşiktaş" matçının baş hakimi məlum olub.
Sportal.az xəbər verir ki, İstanbul derbisi FİFA lisenziyalı hakim Cüneyt Çakıra həvalə olunub. Xatırladaq ki, Cüneyt Çakır dünən Çempionlar liqasının 1/8 final mərhələsində "Arsenal" - "Barselona" (0:2) qarşılaşmasını idarə edib.
Qeyd edək ki, "Fənərbaxça" - "Beşiktaş" derbisi 29 fevralda baş tutacaq.
saytlarin hazirlanmasi