"Beşiktaş" liderliyi əldən verdi
Türkiyə superliqasında bu gün İstanbul derbisi baş tutub.
Sportal.az xəbər verir ki, 23-cü turda "Fənərbaxça" doğma meydanda "Beşiktaş"ı qəbul edib. Matç "Fənərbaxça"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə Vitor Pereyranın komandası turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Liderdən bir oyun az keçirən “Beşiktaş” 51 xalla 2-ci, “Konyaspor” 23 oyundan 40 xalla 3-cü pilləni tutur.
"Fənərbaxça" - "Beşiktaş" 2:0
Qollar: Volkan Şen, 3, Nani, 82
saytlarin hazirlanmasi