Bu il vəsiqə qazansa...
Xəbər verdiyimiz kimi, UEFA-nın maliyyə "fair-play" qaydalarına əməl etmədiyi üçün "Qalatasaray"a cəza verəcəyi gündəmdə idi.
Sportal.az xəbər verir ki, UEFA artıq Türkiyə təmsilçisi ilə bağlı qərarını verib. Belə ki, cəzaya əsasən "sarı-qırmızılılar" 1 il müddətinə avrokuboklardan uzaqlaşıb.
Qeyd edək ki, qərar "Qalatasaray"ın avrokuboklara vəsiqə qazandığı ilk il üçün tədbiq ediləcək. Əgər "sarı-qırmızılılar" ard-arda iki il avrokuboklarda iştirak hüququ qazanmasa, o zaman bu qərar ləğv olunacaq.
saytlarin hazirlanmasi