Türkiyə kubokunda 1/4 finalın cavab oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Qalatasaray" evdə "Akhisar"ı qəbul edib. Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən heç-heçə ilə ayrılıb - 1:1. İlk oyunda rəqibinə 2:1 hesabı ilə qalib gələn "Qalatasaray" növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, 1/4 finalın qalan oyunları bu axşam keçiriləcək.