TFF İstanbul əvəzinə Antalyanı seçdi
Türkiyə milli komandasının İstanbulda keçirəcəyi təlim-məşq toplanışı ləğv olunub.
Sportal.az xəbər verir ki, bu qərar superliqada "Qalatasaray" - "Fənərbaxça" derbisinin təxirə salınmasından sonra qəbul edilib.
Türkiyə Futbol Federasiyası komandanın bu gün günorta vaxtı Antalyaya yollanmasına qərar verib. Türkiyə millisi bir neçə saatlıq istirahətdən sonra elə həmin şəhərdə axşam məşqinə çıxacaq. Martın 24-də isə İsveçlə yoldaşlıq görüşü keçiriləcək.
Qeyd edək ki, Robert Prosineçkinin rəhbərlik etdiyi millimiz də toplanışı Antalyada keçəcək.
saytlarin hazirlanmasi