Qələbə rəsmiləşdirildi
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Super Liqanın XXX turunda yarımçıq saxlanılan "Trabzonspor” – "Fənərbaxça” (0-4) oyunu ilə bağlı qərar qəbul edib.
Sportal.az xəbər verir ki, İntizam Komitəsi azarkeşlərin matçın əlavə hakimi Volkan Bayarslana hücum etməsindən sonra 89-cu dəqiqədə yarımçıq dayandırılan matçla bağlı yekun iclas baş tutub. İclasda "Fənərbaxça”nın 4-0 hesablı qələbəsi rəsmiləşdirirlib.
Qeyd edək ki, bu qərardan sonra "Fənərbaxça” xallarının sayını 67-ə çatdırıb və lider "Beşiktaş”la xal fərqini 3-ə endirib.
saytlarin hazirlanmasi