Emre Çakırın həyatını xilas etmək mümkün olmayıb
Türkiyənin Nevşəgir bölgəsində ölümlə nəticələnən ağır yolqəza hadisəsi baş verib.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nevşehirdən Göreyə gedən yolda avtomobillə motosiklet toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü 17 yaşlı Emre Çakır ağır yaralanıb. Xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Daha sonra Çakırın Nevşehirin yerli futbol komandasının üzvü olduğu bəlli olub.
saytlarin hazirlanmasi