Sportal.az xəbər verir ki, baş tutan qarşılaşmalardan sonra "Kayseri Ərciyəsspor”un ardından daha bir komandanın aşağı liqaya yuvarlanması rəsmiləşib. Belə ki, günün son matçında "Yeni Malatyaspor” və "Karşıyaka” komandaları üz-üzə gəlib. Qasrşılaşma 3-3 hesablı bərabərliklə başa çatıb. Bu nəticədən sonra "Karşıyaka”nın aşağı liqaya yuvarlanması təsdiqini tapıb. İzmir təmsilçisi sona 27 xalla liqanı tərk edib.