Meneceri də təsdiqləyib
Almaniyalı hücumçu Mario Qomez mövsümün sonunda “Beşiktaş”dan ayrılacaq.
Sportal.az xəbər verir ki, müqavilə ilə “Fiorentina”ya məxsus olan 31 yaşlı hücumçunun İstanbul klubu ilə icarə müqaviləsi başa çatır. "Beşiktaş"da qalmayacağını açıqlayan Almaniya millisinin üzvü “Fiorentina”ya dönmək fikrində də deyil. Ona Avropanın bir çox klublarından təklif gəldiyi bildirilir. Futbolçunun meneceri də Qomezin ayrılacağı xəbərini təsdiqləyib.
Qeyd edək ki, M.Qomez cari mövsüm superliqada 31 oyuda vurduğu 24 qolla bombardirlər siyahısına başçılıq edir.
saytlarin hazirlanmasi