Ərsun Yanalla 2 illik müqavilə imzalanıb
Türkiyənin "Trabzonspor" klubunun yeni baş məşqçinin adına aydınlıq gəlib.
Sportal.az Qara Dəniz təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi postuna Ərsun Yanal gətirilib. Təcrübəli mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bu postda bir neçə gün əvvəl istefaya göndərilmiş Hami Mandralını əvəzləyib.
Qeyd edək ki, 33 turdan sonra "Trabzonspor" Super Liqada 40 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi