2 ay oynamayacaq
Türkiyənin "Fənərbağça" klubu ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin təcrübəli qapıçısı Volkan Dəmirəl əməliyyat olunacaq. Belində ağrılardan əziyyət çəkən Dəmirəl sabah əməliyyata girəcək. Onun ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Belə olan halda 35 yaşlı əlcək sahibi Türkiyə kubokunun finalında "Qalatasaray"la matçı buraxmalı olacaq. Bundan başqa o, Avro:2016-da da Türkiyə millisinin heyətində yer ala bilməyəcək.
saytlarin hazirlanmasi