"Sivasspor" və "Əskişəhərspor"
Türkiyə Superliqasını tərk edən daha iki komandanın adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, mövsümün son turunda "Fənərbaxça" ilə 2:2 hesablı heç-heçəyə razılaşan "Sivasspor" mövsümü 16-cə pillədə başa vurub. "Əskişəhərspor" isə səfərdə "Gənclərbirliyi"nə 3:1 hesabı ilə məğlub olaraq 17-ci pillədə qərarlaşıb. Hər iki komanda növbəti mövsümdən PTT I Liqada mübarizə aparacaq.
Qeyd edək ki, bir müddət əvvəl "Mərsin idman Yurdu"nun Superliqanı tərk edəcəyi dəqiqləşmişdi.
saytlarin hazirlanmasi