İngiltərəyə vurulan ilk qol
"Bayer"in (Leverkuzen) futbolçusu Hakan Çalhanoğlu Türkiyə millisinin tarixinə düşüb.
Sportal.az xəbər verir ki, 21 yaşlı futbolçu İngiltərə ilə yoxlama oyununda qol vurmaqla bir ilkə imza atıb. Bu, Türkiyə millisinin Tarixində İngiltərəyə vurduğu ilk qol olub.
Qeyd edək ki, türklər buna qədər ingilislərlə 10 dəfə qarşılaşıb. Səkkiz oyunda İngiltərə qalib gəlib, iki oyunda heç-heçə qeydə alınıb
saytlarin hazirlanmasi