Türkiyə Superkubokunun sahibinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, həlledici matçda "Qalatasaray" və "Beşiktaş" komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 0 - 0 hesablı bərabərliklə başa çatıb.
Əlavə vaxtda tərəflər hərəyə bir dəfə fərqlənə biliblər. Buna görə də qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq olan "Qalatasaray" 3 - 0 hesabı ilə qalib gələrək Superkuboku muzeyinə aparıb.
"Beşiktaş" - "Qalatasaray" 1:1
QOLLAR: Hakan Balta, 100 - Aurelian Çedju, 107 (öz qapısına)
Penaltilər: 0 - 3
saytlarin hazirlanmasi