Tovuzun "Turan” klubunun sabiq baş məşqçisi Səlahattin Dərvənd Türkiyənin "Dənizlispor” klubunu çalışdıracaq.
Sportal.az xəbər verir ki, çalışdırıcı Dənizli təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Bu barədə məlumatı klubunun prezidenti Süleyman Urkay "Anadolu Ajansı”na verdiyi açıqlamada verib. O bildirib ki, mütəxəssislə 1 illik rəsmi müqavilə imzalanıb.