Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Trabzonspor”un yeni stadionuna rəsmi sponsor olacağı ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir.
Sportal.az xəbər verir ki, bu barədə "SOCAR Turkey”dən bildirilib.
"SOCAR-ın Türkiyədə hər hansı stadiona sponsor olacağı xəbəri həqiqətdən uzaqdır, şirkətin ümumiyyətlə belə bir planı yoxdur”, - deyə "SOCAR Turkey”dən məlumat verilib.
Qeyd edək ki, Türkiyə mətbuatında Trabzonda inşa edilən "Akyazı” stadionuna sponsor qismində SOCAR-ın da cəlb olunduğu barədə xəbərlər yayılıb. (report)
saytlarin hazirlanmasi