Türkiyənin “Adanaspor” klubunun yeni baş məşqçisi bəlli olub.
Sportal.az xəbər verir ki, Super Liqanın başlamasına 1 gün qalmış Engin İpəkoğlu ilə yollarını ayıran Adana təmsilçisini bosniyalı məşqçi Krunoslav Jurçiç çalışdıracaq. bu barədə klub prezidenti Bayram Akgül öz tvitter səhifəsində yazıb. Onunla sabah iki illik müqavilə imzalanacaq.
Qeyd edək ki, 46 yaşlı mütəxəssis indiyədək “Dinamo” (Zaqreb), “Lokomotiv” (Zaqreb) və “Maribor”u çalışdırıb.
saytlarin hazirlanmasi