Türkiyə millisinin heyətində dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, "Konyaspor"la qarşılaşmada zədələnən Oğuzhan Özyakupun yığmadan uzaqlaşdırlıb. Onun əvəzinə isə "Qalatasaray"dan Tolqa Ciyerçi milliyə dəvət olunub.
"Herta"dan “Qalatasaray”a transfer olunan 24 yaşlı yarımmüdafiəçi ilk dəfə 2014-cü ildə İsveçlə yoxlama görüşü üçün milliyə dəvət edilmişdi. Lakin Ciyerçi zədə səbəbində düşərgəni tərk etmişdi.
Qeyd edək ki, Türkiyə avqustun 31-də Rusiya ilə yoldaşlıq görüşü keçirəcək və daha sonra sentyabrın 5-də DÇ-2018-in seçmə mərhələsində Xorvatiya ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi