"Qalatasaray”la müqavilə imzalamaq üçün İstanbula gələn Şeyk Tiotenin komandaya keçidi baş tutmayıb.
Sportal.az xəbər verir ki, buna səbəb futbolçunun tibbi müayinədən uğursuz keçməsi olub. 30 yaşlı kot-d-ivuarlı futbolçunun tibbi baxışda sağ ayağının sol ayağından güclü olduğu aşkarlanıb. Klubun həkimlərinin rəyindən sonra İstanbul təmsilçisi Tiotedən imtina edib.
Əlavə edək ki, "Nyukasl"ın futbolçusu olan Şeyk Tiote son 4 mövsümdə zədə səbəbindən 220 gün yaşıl meydanlardan uzaq qalıb.
saytlarin hazirlanmasi