"Qalatasaray" ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi aparıcı futbolçusu Sərdar Əzinin xidmətindən məhrum olub.
25 yaşlı futbolçu 1 ay komandasından ayrı qalacaq. Buna səbəb isə futbolçunun zədəli olmasıdı. Türkiyə mətbuatının məlumatına görə, təcrübəli futbolçu millinin heyətində zədə alıb. Belə ki, Əziz Türkiyə millisinin DÇ-2018-in seçmə mərhələsində Xorvatiyaya keçirdiyi oyunda zədə alıb. Onun dizindəki ağrılara görə təxminən 1 ay istirahət edəcəyi açıqlanıb. Mərkəz müdafiəçisi 5-ci turda "Beşiktaş"la derbi matçını da buraxmalı olacaq.
Qeyd edək ki, Sərdar Əziz bu yay "Bursaspor"dan "Qalatasaray"a trasnfer olunub. O, zədəsi səbəbindən hələ də yeni komandasının heyətində debüt etməyib.