"Fənərbaxça"nın futbolçusu Salih Uçana İtaliya klubundan təklif gəlib.
Sportal.az xəbər verir ki, A Seriasında mübarizə aparan "Sampdoriya" 22 yaşlı hücumameyilli yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Genoa təmsilçisi Dik Advokaatın şans vermədiyi gənc futbolçu üçün İstanbul nəhənginə 7 milyon avroluq rəsmi təklif göndərib. Lakin "Fənərbaxça" rəhbərliyi bu təklifə "yox" cavabı verib.
Qeyd edək ki, Salih Uçan son 2 mövsümü icarə əsasında "Roma"da keçirmişdi. O, bu mövsümün əvvəlində yenidən "sarı-lacivərtliər"in heyətinə geri dönüb.
saytlarin hazirlanmasi