Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev ötən gün “Trabzonspor”da rəsmi debüt edib. Qara dəniz təmislçisi Türkiyə kubokunun ikinci turunda həvəskarlar liqasında yarışan “Serhat Ardahanspor”u 6:0 hesabı ilə məğlub. Şeydayev oyunda 6-cı qolun müəllifi olub.
Sportal.az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Ərsun Yanal darmadağını şərh edib:
"Bu oyunda bizə hesab lazım deyildi. Tablodakı rəqəmlər məni maraqlandırmır. Oynayan və oynamayan futbolçuları birlikdə görmək istəyirdim".
Təcrübəli çalışdırıcı zaman-zaman komandanın yaxşı formada olacağına inandığını bildirib:
"Komandanın ortaya qoyacağı performans önəmli idi. Önümüzdə çətin oyunlar var. Bizim müəyyən qədər vaxta ehtiyacımız var. Sabahdan həmin vaxt başlayır. İstədiyimiz komandanı formalaşdıracağıq".
saytlarin hazirlanmasi