Azərbaycan I Divizionunun 19-cu turunda İmişlinin “Mil-Muğan” klubu dogma meydanda “Zaqatala”nı qəbul edib.
Sportal.az xəbər verir ki, qarşılaşma qonaqların 1 – 0 hesablı qələbəsiyla başa çatıb. Matçdan sonra keçirilən mətbuat konfransında “Mil Muğan”ın baş məşqçisi Aqil Məmmədov jurnalistlərin sualarını cavablandırıb:
- Düzü məğlub olsaq da, hər iki komadaya təşəkkür edirəm. Belə meydanda maraqlı oyun sərgilədilər. Sürətli, kombinasiyalı oyun izlədik.
- Qış fasiləsindən sonra qalibiyyətlər əldə edib üst sıralara qalxmışdız. Sonra nəsə dəyişdi. Nə baş verdi komandada?
- Birinci Divizionda mübarizı aparamaq çətindi. Futbolçuların səviyyəsi yüksək deyil. Uşaq səhvlərindən qollar buraxıb məğlub oluruq.
- “Mil-Muğan”ın qarşısına hansı məqsəd qoyulub?
- Açığı, heç bir məqsəd qoymayıblar. Sadəcə, biz komanda olaraq istəyirik ki, ortabab olmayaq, üst sıralar uğrunda mübarizə aparaq.
- Son saniyələrdə iki ardıcıl penalti epizodi oldu. Fikriniz maraqı olardı.
- Açıqğı bu barədə danışmağı sevmirəm. İndi dəqiq deyə bilmərəm penalti olması barədə. Gərək epizodun təkrarına baxıb deyim.
- Əgər təkrarda penaltinin olduğunu görsəz Ramin Musayevə şikayə edirsiz?
- Maraqlı suladı. Elə oyunlar olub ki, mətbuat konfransında etirazımı bildirmişəm. Amma bu heç nəyi dəyişməyəcək. Necə ki, biz futbolçulara eyni səhvlərin təkrar olunmamasını tapşırırııq, hakimlər də bu səhvləri etməsinlər.
- Maaşların verilməməinin oyuna təsiri var?
- Az da olsa, futbolçunun fikri qalır bu məsələdə. Amma pulu fikirləşən futbolçular elə I Divizionda da qalacaq.
- “Şəmkir”lə oynayacaqsız. Revanş barədə düşümürsüz?
- Biz komandaya adına görə qiymət vermirik. “Şəmkir” asan rəqib deyil. Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparırlar. Orada da stadionda yaxşı deyil .Adi oyun kimi yanaşacağıq.
- Mövsümün əvvəlində deyilirdi ki, “Mil Muğan” növbəti möövsüm Premyer Liqada olacaq. Yayda belə bir sürpriz gözləmək olar?
- “Mil Muğan” infrastruktur barədə premyer Liqada oynamağa hazırdı. Mən də istəyərəm elə bir sürpriz olsun.