Azərbaycan I Divizionunun 19-cu turunda İmişlinin “Mil-Muğan” klubu dogma meydanda “Zaqatala”nı qəbul edib və 0:1 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, oyundan sonra "Zaqatala"nın futbolçusu Hacı Əhmədov jurnalistlərin suallarını cavablandırıb:
- Ciddi hazırlaşmışdıq. Uduzsaydıq, bir neçə pillə geriləyəcəkdik. Oyunun əhəmiyyətini bilirdik. Sona qədər mübarizə apardıq. Meydan da çox ağır idi. Sevinirik ki, qələbə qazandıq.
- “Zaqatala”nın Premyer Liqada oynayacağı gözlənilir. Komanda buna nə dərəcədə hazırdı? Özün necə, darıxmısan yüksək liqa üçün?
- Premyer Liqa təcrübəli oyunçularımız var. Komandamız yaxşı heyətə malikdir. Biz də istəyirik ki yüksək dəstədə mübarizə aparaq.
- “Qarabağ”ın heyətində Avropa Liqasında çıxış etmiş futbolçusan. I Divizonda oynamağı özün üçün eniş hesab etmirsən?
- Karyeramda eniş olduğunu hesab etmirəm. Hazır ki, yerim pis deyil. Burda da maraqlı mübarizə gedir. 1-ci yerə 4-5 komanda iddialıdı. Premyer Liqa ilə müqayisə etsək, I Divizionda ab-hava pis deyil.
- “Zaqatala” əgər yüksək Liqaya vəsiqə qazanmasa, Premyer Liqa klublarına keçəcəksən?
- Onu zaman göstərəcək.
- Premyer Liqaya vəsiqə əldə etsəz, nəyə ümid edə bilərsiz?
- Hər bir klub kimi biz də çalışarıq. İstəyərik Avropa Liqasına vəsiqə qazanaq.
saytlarin hazirlanmasi