Azərbaycan I Divizionunun 19-cu turunda İmişlinin “Mil-Muğan” klubu dogma meydanda “Zaqatala”nı qəbul edib və 0:1 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, oyundan sonra "Zaqatala"nın hücumçusu Oruc Balaşlı jurnalistlərin suallarını cavablandırıb:
- Oyun çətin keçdi. Meydan da çox ağır idi. Ardıcıl oyunlarda xallar itirmişdik. Bizə qələbə vacib idi. Çox sevinirik ki, bunu bacardıq.
- Son zamanlar komandanın əldə etdiyi uğursuz çıxışı nə ilə əlaqələndirirsən?
- Əsas heyət üzvümüzdən 3 nəfər zədəli idi. Məncə, əsas səbəb budur. Buna görə, qış fasiləsindən sonra zəif başladıq.
- Lider “Turan Tovuz”dan 8 xal geridəsiz. Medal qazanmaq və çempionluq şanslarınını necə dəyərləndirirsən?
- Əlimizdən gələni edəcəyik ki, çempion olaq. Amma bu, çətindi. Minimum 2-ci yerə sahib olmalıyıq. Qarşımıza hədəf kimi ilk 2 pillə qoyulub.
- 23 qolla I Divizionun ən sərrast futbolçususan. “Zaqatala”da qalmaq istəyirsən, yoxsa təkliflər var?
- Təkliflər yoxdu. Amma istəyirəm ki, yüksəsk liqaya vəsiqə qazanaq və Premyer Liqada bombardir olum.
- Premyer Liqaya vəsiqə qazansaz, I Diviziondakı performansını Premyer Liqada sərgiləyə biləcəksən?
- Özümə güvənirəm. 25-30 qol vura bilməsəm də, inanıram ki, azı 15 qol vura bilərəm.
- Ötən il Röyal Nəcəfov I Divizionda 24 qol vurmuşdu. Amma hazırda AZAL-ın heyətində fərqlənə bilməyib. Ola bilər ki, səni də eyni aqibət gözləsin?
- Özümə inanıram. İstədiyim kimi oynasam, bacaracam.