Azərbaycan I Divizionunda XXIII tura bu gün yekun vurulub.
Sportal.az xəbər verir ki, Premyer Liqaya iddialı "Qaradağ Lökbatan" evdə son pillənin sahibi "Bakılı"nı darmadağın edib. Komandanın qollarından yarısını het-trik edən futbolçusu Rüfət Məmmədov vurub. "Qaradağ Lökbatan" bu qələbə sayəsində turnir cədvəlində 3 pillə irəliləyərək 3-cü pilləni ələ keçib.
Qazaxda keçirilən Qərb derbisində isə "Şəmkir" "Göyəzən"i futbolçusu Qeyrət Qənbərovun dublu ilə 2:0 hesabı ilə məğlub edib.
“Qaradağ Lökbatan” - “Bakılı” - 6:1
Qollar: Məhəmməd Bədəlbəyli, 40, 44 (p.); Elvin İsmayılov, 40; Rüfət Məmmədov, 68, 80 (p.), 90 - Əbülfəz Hacıyev, 78
“Göyəzən” - “Şəmkir” - 0:2
Qollar: Qeyrət Qənbərov, 42, 82