Birinci Divizionda mart ayında vurulan ən gözəl qolun müəllifi Orxan Qurbanlı (“Səbail”) mükafatlandırılıb.
Sportal.az xəbər verir ki, gənc oyunçu mükafatına hazırda davam edən “Zaqatala” - “Səbail” oyunundan öncə qovuşub. Qurbanlıya mükafatı Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynov təqdim edib.
Qeyd edək ki, Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası ilə yanaşı I Divizionun işıqlandırılmasına da xüsusi diqqət ayırır. Təsadüfi deyil ki, sözügedən matça jurnalistlərin səfəri də təşkil olunub.
saytlarin hazirlanmasi