“Turan Tovuz” tarixində ilk dəfə titul qazanıb. 2015-ci ildə yaradılan klub I divizionun çempionu adına yiyələnib.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Əsgər Abdullayevin yetirmələri buna mövsümün sonuna 2 tur qalmış nail olub. Qərblilər XXIV turdan sonra xal hesabını 57-yə çatdırıb və izləyiciləri üçün əlçatmaz olub. Düzdür, “Səbail” liderə çata bilər. Amma şəxsi oyunlardakı üstünlük (2:1, 0:0) “Turan Tovuz”un 1-ci yer tutması üçün kifayət edib.
İlk uğurunu qazanan 2 yaşlı klub I divizion tarixinə 23-cü çempion kimi düşüb. Düzdür, 22 yarışdan birində - 1994/95 mövsümündə final mərhələsi 2 qrupda keçirilib. Qrup qalibləri güclülər dəstəsinə yüksəlsə də, öz aralarında ən yaxşını müəyyənləşdirməyib. Həmin mövsümdə hər iki komandanı çempion hesab etsək, I diviziondakı 23 qalibdən yalnız biri bu uğuru 2 dəfə əldə edib. “Neftçala” 2014/15 və 2015/16 mövsümlərində qızıl medallara yiyələnib.
mövsüm Çempion
1992 Nicat (Maştağa)
1993 Xəzri (Buzovna)
1993/94 Zabrat (Bakı) və Azneftyağ (Bakı)
1994/95 Şəmkir
1995/96 Sumqayıt
1996/97 Çinar (Göyçay)
1999/2000 Şahdağ (Quba)
2000/01 OİK (Bakı)
2001/02 Lokomotiv (İmişli)
2003/04 Gənclərbirliyi (Sumqayit)
2004/05 AMMK (Bakı)
2005/06 Gilan (Xanlar)
2006/07 Masallı
2007/08 Bakılı
2008/09 ABN-Bərdə
2009/10 Gəncə
2010/11 Abşeron (Bakı)
2011/12 Qaradağ Lökbatan
2012/13 Ağsu
2013/14 Araz-Naxçıvan
2014/15 Neftçala
2015/16 Neftçala
2016/17 Turan Tovuz
Qeyd: Bəzi komandalar sonradan adını dəyişib. “Nicat” “Bakı fəhləsi”, “Sumqayıt” “Xəzər”, OİK MOİK, AMMK indiki AZAL, “Gilan” “Qəbələ”, NBC “Muğan”, “Gəncə” isə “Kəpəz”dir.
saytlarin hazirlanmasi