2017/18 mövsümündə futbol üzrə Azərbaycanın I divizionu 3 dövrədən ibarət olacaq.
Sportal.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib. O qeyd edib ki, bu addım komandaların daha çox oyun keçirməsi üçün atılıb.
Reqlamentə əsasən, püşkün nəticəsinə görə I dövrədə ev sahibi kimi çıxış edəcək komanda III dövrədə də rəqibini öz meydanında qəbul edəcək. Bu isə o deməkdir ki, komandalardan 5-i mövsüm ərzində 13, 5-i isə 14 matçı evdə keçirəcək. Limit isə belədir: komandaların start heyətində 2 legioner yer ala bilər. 3 yerli oyunçu isə mütləq 21 yaşadək olmalıdır.
Çempionat iştirakçıları eyni topla mübarizə aparacaqlar.
Qeyd edək ki, mövsümün açılış turu oktyabrın əvvəlində oynanılacaq.
saytlarin hazirlanmasi