Aqil Nəbiyev: "Ən yaralı yerimizə görə uduzduq"

00:38 - 30 Noyabr 2017

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Şüvəlan” – “Səbail” oyunundan (1:2) sonrameydan sahiblərinin baş məşqçisi Aqil Nəbiyevin mətbuat konfransı keçirilib.
 
Sportal.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib:

 

"Bilirdik ki, rəqib Premyer Liqa təmsilçisidir. Çox ciddi hazırlaşırmışdıq. Rəqibi öz meydanımızda qəbul edirdik. Üstəlik, cütün taleyini bir oyun həll edirdi. Bu amilə görə qalib gəlmək istəyirdik. İlk hissədə yaxşı çıxış etdik. Ancaq fasilədən sonra ən yaralı yerimizə görə uduzduq. Standard vəziyyətlədən çoxlu qollar buraxırıq. Çempionat oyunlarda da belə olur. Komanda sona qədər döyüşdü, mübarizə apardı. Penalti epizodu haqda nəsə danışmaq istəmirəm. Çünki uzaqda idim. Hakim təcrübəli sima olan Fariz Yusifovdur. Komandamı təbrik edirəm. Hər iki kollektiv mərhələ adlaya bilərdi. Bunu "Səbail" bacardı. Onlara uğurlar arzu edirəm".

Xəbər xətti