I Divizion təmsilçisi “Xəzər” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır.
Sportal.az xəbər verir ki, komandanın Antalyada keçirəcəyi yoxlama matçlarında qarşılaşacağı daha iki rəqibi bəllidir. Paytaxt təmsilçisi Türkiyənin "Kəmərspor" və Avstriyanın "Qarabağ" Vyana klubları ilə qarşılaşacaq. "Qarabağ"la oyun fevralın 2-də baş tutacaq.
Elşad Əhmədovun komandası qardaş ölkədə 5 oyun keçirməyi planlaşdırır. Digər iki rəqibinin adı açıqlanmayıb.
"Xəzər" Antalyada ilk matçını yanvarın 20-də “Titanik” İdman Mərkəzinin stadionunda Almaniyanın “Vakker Nordhauzen” klubuna qarşı keçirəcək.
saytlarin hazirlanmasi