"Qarabağ”dan ayrılan ilk futbolçunun adı rəsmən məlum olub.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, cari mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan 1 illik icarə əsasında Ağdam təmsilçisinə keçən Pedro Enrikeylə yollar ayrılıb. İcarə müddəti başa çatan futbolçuyla yeni müqavilə imzalanmayıb.
Braziliyalı vinger "Qarabağ"da çıxdığı 26 matçda 6 qola imza atıb.
“Qarabağ” FK Pedro Enrikeyə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
saytlarin hazirlanmasi