"Beşiktaş"ın prezidenti Fikrət Orman açıqlama verib.
Sportal.az xəbər verir ki, "qara qartallar"ın rəhbəri 2019-cu ildə Bakıda keçiriləcək Avropa Liqası finalında oynamaq istədiklərini deyib:
"Azərbaycanda çempion olsaq, öz meydanımız olan "Vodafone Park"da Super Kubok finalı oynamaq şansımız yaranacaq. Bu iki final xəyallarını süsləyir. Hətta 2020-ci ildə İstanbulda keçiriləcək Çempionlar Liqası finalında da "Beşiktaş"ı görə bilərsiz. Niyə də olmasın?"
Qeyd edək ki, 2018/2019-cu il mövsümündə Avroliqanın finalı Bakı Olimpiya Stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi