İtaliyanın "Breşiya" klubunun prezidenti Massimo Çellino koronavirusa görə dayandırılan çempionatın davam etdiriləcəyi halda, meydana çıxmayacaqlarını deyib.
Sportal.az xəbər verir ki, klub rəhbəri bu qərarla məsuliyyəti öz üzərinə götürəcəyini bildirib:
"Təkrar edirəm: davam qərarı verilsə, meydana çıxmayacağıq. Bu, təxribat deyil. Xallar itirməyə razı olacağıq. Bu vəziyyətdə bütün məsuliyyəti öz üzərimə götürəcəyəm. A Seriyasını tərk etməkdən qorxmuruq. Klubumuz belə halda müflis olmayacaq. Vəziyyətdən yararlanmaq istəyənlər var. Klaudio Lotito ("Latsio"nun prezidenti) çempionatın davam etdirilməsini istəyir? Onun səsini heç eşitmirəm. Sadəcə, layiq olan şəxslərə qulaq asıram".
saytlarin hazirlanmasi