İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina COVID-19 pandemiyasına görə dayandırılan futbol liqalarının taleyi ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, qurum rəhbəri qısa zamanda çempionatı bərpa etmək istədiklərini deyib:
"İdmançıların həyatı daha vacibdir. Mayın əvvəlində futbolçuların test verməsini və sonra hazırlıqlara başlamasını istəyirik. FIFA və UEFA-nın təlimatlarını da diqqətə alacağıq. Ümid edirik ki, mümkün qədər çempionatı tez bərpa edəcəyik. Çempionatı nə vaxt bitirəcəyimizi bilmirik. Ancaq mövsümü başa vurmaq fikrimiz var. Mövsüm başa çatmasa, ortaya yaxşı nəticələr çıxmaz".
İtaliyada koronavirusa öprə idman tədbirləri mayın 3-dək dayandırılıb.
saytlarin hazirlanmasi