"Latsio" "Yuventus"la çempionluq oyununa çıxmağa hazırdır

17:17 - 27 Aprel 2020

"Latsio"nun prezidenti Klaudio Lotito A Seriyasında cari mövsümün qalibini müəyyənləşdirmək üçün "Yuventus"la oyun keçirmələri fikrinə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, Roma klubunun rəhbəri "La Reppublica" nəşrinə açıqlmasında təklif gələcəyi halda, buna razı olacaqlarını deyib:

 

"Belə bir təkliflə razı olardım. Ancaq bunu öncə düşünməmişdim. Mövsümün bərpası "Latsio" üçün bir az əlverişsizdir. Üç cəbhədə döyüşə bilməyəcəyimizə görə seçim etdik: Avropa Liqasını qurban verdik. Təqvimə görə, bu turnir bizim üçün əlverişli deyildi.

 

Beləliklə, həftədə bir dəfə oyun keçirəcəkdik. Əsas rəqiblərimizin isə həftədə iki dəfə oynayacaqdı. Bu, bizim üçün üstünlük olacaqdı. Ancaq koronavirusa görə vəziyyət dəyişdi. İndi çempionat bəpa edilsə, həftədə iki dəfə oynamalı olacağıq və üstünlüyümüzü itirəcəyik.

 

Ancaq 20 klubun maraqlarını düşünürəm. "Yuventus"dan bir xal geridəyik. Onları çempionatda və Super kubokda yendik. Ancaq bir görüş də keçirməliyik. Bizdən 8 xal geridə olan "İnter" və 14 xal irəlidə olduğumuz "Atalanta"nın belə müzakirələrdə niyə iştirak etmədiyini başa düşmürəm".

Xəbər xətti