"Fənərbaxça"dan ayrılan futbolçu ərəb klubuna keçdi

21:48 - 28 Sentyabr 2022

"Fənərbaxça"dan ayrılan Filip Novakın yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı sol cinah müdafiəçisi karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

 

Çexiyalı futbolçu "Əl Cəzirə" klubuna transfer olunub. Bu barədə BƏƏ təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

 

Qeyd edək ki, Filip Novak "Fənərbaxça"ya 2020-ci ilin yayında transfer olunub. Təcrübəli oyunçu İstanbul klubunun heyətində meydana çıxdığı 51 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti