"Fənərbaxça"nın futbolçusu üçün "Liverpul" iddiası

14:49 - 29 Sentyabr 2022

İngiltərənin "Liverpul" klubu müdafiə xəttinə yeni futbolçu transfer edə bilər.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin gündəmində olan oyunçulardan biri "Fənərbaxça"da çıxış edən Atilla Salaidir. İngiltərə mətbuatının yazdığına görə, "qırmızılar" macarıstanlı mərkəz müdafiəçisinin oyununu yaxından təqib edir.

 

Qeyd edək ki, Atilla Salai "Fənərbaxça"ya 2021-ci ilin yanvar ayında "Apollun"dan transfer olunub. 24 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə İstanbul klubunun heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti