Uzun illərdir ki, Azərbaycanda həndbolun durumu heç də ürəkaçan deyil. Halbuki bu idman növü vaxtı ilə ölkəmizdə ən populyar və sevilənlərdən olub. Həndbolumuzun yaxşı vəziyyətindəki oyunçulardan biri də Çinarə Cahangirovadır. Azərbaycan milli komandasının şərəfini qorumuş veteran həndbolçu hazırda başqa sahədə fəaliyyət göstərir. Klub karyerası ərzində “Neftçi”, “Təfəkkür”, “Qaradağ”, ABU-nun üzvü olmuş Çinarə xanım həndbolumuzun hazırkı vəziyyəti ilə bağlı fikirlərini bildirib.
- Hazırda nə işlə məşğulsunuz?
- Həndbolla məşğul olmaq, ümumiyyətlə, həndbol sizə nə qazandırıb?
- Həndbol mənim üçün həyat məktəbi olub. Bu idman növü mənə həyatda dik dayanmağı, qorxmamağı, ən əsası isə “hər şey öz əlindədir”, “sən bacararsan” kimi motivasiyalar verib.
- Bu ildən Azərbaycanda basketbola yenidən təkan verildi. Sizcə, həndbolun da inkişafı mümkündür? Hansı addımlar atılarsa, həndbolumuz da inkişaf dövrünə başlamış olardı?
- Basketbolun inkişafa keçməsi məni çox sevindirir. Ümumiyyətlə, ölkəmizdə hər bir idman növünün inkişafı insanı sevindirməyə bilməz. Bunun üçün cənab prezidentimizə təşəkkürümü bildirirəm. Çünki o, hər zaman idmançılara dəstəkdir. Bütün basketbolçularımıza uğurlar arzulayıram. Həndbolumuzun inkişafı üçün maliyyə dəstəyi lazımdır. Çünki idmançı “bu gün nə yeyəcəm” deyə, fikirləşməməlidir. İdmançının fikri maliyyədə qalmamalıdır. Bir də, yarışların çox olması, beynəlxalq turnirlərdə iştiraklar onlara üstünlük qazandırır. Təcrübə hər zaman yaxşıdır. Ümid edirəm ki, həndbola da diqqət ayrılar, yenidən inkişaf prosesinə keçər.
- İdmana başladığım ilk vaxtdan hansı komandaya həndbol məşqinə getmişəmsə, oradakı qızlarla indi də, əlaqəm qalıb. Təsəvvür edin, ilk dəfə Nəsimidə “sportşkola”da başlamışam idmana, oradakı qızlarla da danışıram. Veteranlardan yığılmış komanda məsələsinə gəlincə, inanmıram... Olarsa, məmmuniyyətlə razılaşaram. Amma yaş məsələsi var. Hər halda, bizim yaş qrupumuz 42-45 arasıdır. Marina Cəfərova, Gülnarə Nağıbəyova kimi həndbolçularla oynamışam. Yığılsa, niyə də olmasın? İştirak edə bilərik. Məşq edib, daha gözəl nəticələr göstərə bilərik. Bu yaxınlarda çempionat oyununa baxdım. Gələcəkdə gözəl nəticələr gözləyirəm həndbolumuzdan. Qızlarımız toplansın, yaxşı komanda, klub yaradılsın.
- Bildiyim qədərilə qızlarınızdan biri idmanla məşğuldur, üzgüçüdür. Perspektiv görmədiyinizə görə onun həndbolla məşğul olmasını istəmədiz, yoxsa necə?
- Peşəkar karyeranızı başa vursanız da, deyəsən, idmanla yenə məşğul olursuz...
- Peşəkar karyeramı başa vurduqdan sonra başa düşdüm ki, uşaqlıqdan bədən məşqlərə öyrəşib deyə, idmansız qala bilmirəm. Özümü narahat hiss edirdim. Ona görə özüm üçün fitness, yoqa ilə mütəmadi məşğulam. Həftənin üç günü fitness, bir günü isə "fly yoga"ya vaxt ayırıram. Həftədə bir dəfə isə işlədiyim yerdə voleybol oynayıram. İdman həyatımda həmişə var, belə də olacaq. İdmançı ailəsində doğulmuşam. Uşaqlıqdan idmanla məşğulam. Anam həndbolçu, atam boksçu olub.
- Həndbol üzrə Azərbaycan çempionatının oyunlarını izləyirsiz?
- Bəli. Şənbə günləri oyunlara baxırdım. Getmişəm, məyus da qayıtmışam. Düzünü deyəcəm. Qızların çoxunda idmançı quruluşu yoxdur, artıq kiloya sahibdirlər. Orada qızların özlərinə də dedim. Bizim vaxtımızda qızlar seçimlərdən sonra komandaya “düşürdü”. Künclərdə balacaboy oyunçular oynayırdı, digər qızların əksəriyyəti isə 1,80 sm boya malik idi. Ümid edək ki, həndbolumuz daha yaxşı durumda olacaq.
Mirbağırağa Cəfərli
Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XXVII
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.