"Mançester Yunayted" Harri Keyn üçün 91 milyon avroluq təklif göndərəcək

20:59 - 28 Mart 2023

"Tottenhem"in hücumçusu Harri Keyn Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, 30 yaşlı forvard "Mançester Yunayted"ə keçməyə yaxındır. Bu barədə "Mirror" nəşri məlumat yayıb. "Qırmızı şeytanlar" İngiltərə millisinin forvardı üçün yayda London klubuna 91 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, Harri Keyn "Tottenhem"ə 2013-cü ilin yayında "Lester Siti"dən transfer olunub. Təcrübəli futbolçu paytaxt klubunun heyətində meydana çıxdığı 425 matçda 271 qol və 63 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti