"Qəbələ” baş məşqçisi Elmar Baxşıyev və köməkçiləri ilə müqavilə müddətini uzadıb.
Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis, həmçinin köməkçi məşqçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha iki il müddətinə nəzərdə tutulub. Əvvəlki müqavilələri 2022-2023-cü illər mövsümünün sonunda başa çatan məşqçilər korpusu daha iki mövsüm “qırmızı-qaralar”ı çalışdıracaq.
Xatırladaq ki, Baxşıyev 2019-cu ilin sentyabrından “Qəbələ”nin baş məşqçisidir.
saytlarin hazirlanmasi