"Qəbələ" "Neftçi"nin müdafiəçisini icarəyə götürməyi planlaşdırır

15:47 - 13 İyun 2023

"Neftçi"nin futbolçusu İsmayıl Zülfüqarlı yeni mövsümə başqa komandada başlamaq şansına sahibdir.

Sportal.az saytına verilən məlumata görə, "ağ-qaralar"ın gənc futbolçusunu “Qəbələ”, “Sumqayıt” və "Turan Tovuz" heyətinə qatmaq üçün mübarizə aparır. 

"Neftçi"nin yetirməsi olan Zülfüqarlının yaxın günlərdə yeni mövsümə hansı komandada başlayacağına qərar verəcəyi gözlənilir. 22 yaşlı futbolçu daha çox oyun praktikası qazana biləcəyi kollektivə qoşulmaq istəyir. Xatırladaq ki, U-21 yığmamızın sabiq üzvüdür.

Xəbər xətti