“Qəbələ” daha iki futbolçusu ilə müqaviləni yeniləyib.
Sportal.az xəbər verir ki, Ülvi İsgəndərov və Kristof Atanqana növbəti iki mövsümdə də “qırmızı-qara” formanı geyinəcək. Onlarla müqavilələrin müddəti 2025-ci ilin yayına qədər artırılıb.
Ülvi komandanın heyətində 114 oyun keçirib. Onun hesabında 19 qol var. Atanqana “qırmızı-qara” forma ilə 15 matça çıxıb.
Xatırladaq ki, “Qəbələ” bunadək daha dörd futbolçusu - İlkin Qırtımov, Urfan Abbasov, Murad Musayev və Emil Səfərovla anlaşmaları da yeniləyib.
saytlarin hazirlanmasi