Belçika mətbuatı: "Ən güclülər arasında "Adana Dəmirspor" və "Qəbələ"nin adını qeyd etmək olar"

15:31 - 15 İyun 2023

Belçika mətbuatı "Brügge" və "Gent"in Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqibləri haqda yazı dərc edib. 

Sportal.az xəbər verir ki, "Voetbalkrant.com" portalı "Qəbələ"nin adını xüsusi qeyd edib:

"Brügge" və "Gent" Konfrans Liqasının ikinci təsnifat mərhələsində səpələnməmişlər sırasında yer alacaq. Daha əlverişli rəqiblər var. Potensial rəqiblər arasında ən güclü komandaları kimi "Lütsern" (İsveçrə), "Adana Dəmirspor" (Türkiyə), "Vorskla" (Ukrayna) və "Qəbələ"nin (Azərbaycan) adını qeyd etmək olar".

Püşkatma iyunun 21-də keçiriləcək.

Xəbər xətti