Premyer Liqa klubundan 30 milyon funt-sterlinqlik transfer

17:34 - 14 Avqust 2023

İngiltərənin "Vest Hem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki. Premyer Liqa təmsilçisi "Sauthempton"dan Ceyms Uord-Prouzu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Londonlular 28 yaşlı yarımmüdafiəçi üçün Çempionşip təmsilçisinə 30 milyon funt-sterlinq ödəyib. İngilis orta xətt oyunçusu yeni klubu ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Ceyms Uord-Prouz "Sauhhempton"un  yetirməsidir. Təcrübəli futbolçu son mövsümdə komandanın heyətində meydana çıxdığı 45 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti