Riyad Mahrezdən sonra "Mançester Siti"nin daha bir futbolçusu Səudiyyə Ərəbistanına getməyə yaxındır.
Sportal.az xəbər verir ki, Aymerik Laport da karyerasını Asiyada davam etdirəcək. Bu barədə "The Atletic" nəşri məlumat yayıb.
29 yaşlı mərkəz müdafiəçisinin xidmətində "Əl Nəssr" maraqlıdır. Mançester təmsilçisinin ərəblərin ispan oyunçu üçün göndərdiyi təklifi qəbul etdiyi bildirilir.
Qeyd edək ki, "Mançester Siti" Aymerik Laportu 2018-ci ilin yanvar ayında "Atletik"dən transfer edib. Təcrübəli müdafiəçi "şəhərlilər"in heyətində meydana çıxdığı 180 rəsmi matçda 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi