"Qəbələ"nin zədəli futbolçusu məşqlərə qoşuldu

13:25 - 18 Avqust 2023

"Qəbələ" Premyer Liqanın III turunda "Sumqayıt"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" "kimyaçılar"la oyunun hazırlıqlarını davam etdirir.

Müdafiəçi Zurab Oçiqava komanda ilə birgə məşqlərə qoşulub. Kapitan Asif Məmmədov isə fərdi məşqlərini davam etdirir.

"Qəbələ" Oçiqavanı yay transfer dönəmində "Sabah"dan heyətinə cəlb edib.

Sabah keçiriləcək "Qəbələ" - "Sumqayıt" oyunu saat 18:00-da başlayacaq.

Xəbər xətti